
Bakı. Trend:
Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının II
təsnifat mərhələsinin ilk oyununu keçirib.
Trend xəbər verir ki, Qurban
Qurbanovun rəhbərlik etdiyi kollektiv İrlandiyada “Şelburn”un
qonağı olub.
Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə
bitib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da
Bakıda keçiriləcək.

