Şəkidə boğazında tıxanma yaranan 3 aylıq körpə ölüb

Hadisə

Şəkidə boğazında tıxanma yaranan 3 aylıq körpə ölüb.

“Report” un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Cumakənd kəndində qeydə alınıb.

3 aylıq körpə A.Abbasov qusma nəticəsində boğazında yaranan tıxanma səbəbindən yaşadığı ünvanda ölüb.

Məlumata görə, valideynləri körpəni Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.