
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin
magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin
nəticələri ilə bağlı bəzi statistik göstəriciləri (əsas
yerləşdirmədən sonra) təqdim edib.
Mərkəzdən Trend-ə bildirilib ki, müsabiqənin nəticələrinə
əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük
Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası,
Bakı Qızlar Universitetində plan yerləri 100 faiz dolub. Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad
Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Dəniz
Akademiyasında plan yerlədi 90 faiz və daha çox dolub. Plan
yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə (40 faiz)
Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İlahiyyat
İnstitutuna aiddir.
Xatırladaq ki, ixtisaslaşma seçimində iştirak etmiş 15555
bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin
magistraturalarına qəbul olub.