2021-ci il üçün dünya ölkələrinin Hərbi Güc Reytinqi açıqlanıb.
Bununla bağlı “Global Firepower” (Qlobal Atəş Gücü) hesabat hazırlayıb.
Ötənilki hesabatla müqayisədə Azərbaycan bir pillə irəliləyərək, 140 ölkə arasında 63-cü yerdə qərarlaşıb.
Hesabat 50 individual faktor əsasında hazırlanıb.
Siyahıda region ölkələrindən Gürcüstan 92-ci, Ermənistan isə 100-cü sırada qərarlaşıb.
Hesabatda ilk üç yeri ABŞ, Rusiya və Çin tutur. Hindistan, Yaponiya, Cənubi Koreya, Fransa, Böyük Britaniya, Braziliya və Pakistan ilk onluğu tamamlayır. Qardaş Türkiyə isə siyahıda 11-cidir.