Avropa Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərar verib

Baş səhifə

Bakı. Trend:

Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyəti üç əsas faiz
dərəcəsini əvvəlki səviyyədə saxlamaq qərarına gəlib.

Trend xəbər verir
ki, bu barədə Aİ maliyyə tənzimləyicisinin yaydığı məlumatda
bildirilir.




İdarə Heyətinin iclasından sonra yayımlanan açıqlamaya əsasən,
əsas faiz dərəcəsi illik 2,15% səviyyəsində saxlanılıb.

Depozitlər üzrə faiz dərəcəsi 2%, AMB-nin qısamüddətli
kreditləri üzrə isə 2,4% təşkil edir.