“Səbail”dən ayrılan futbolçu Xorvatiya çempionatında çıxış edəcək

Baş səhifə

Azərbaycanlı futbolçu Rüfət Abdulluzadə Xorvatiyanın “Varazdin” kollektivinə çıxış edəcək.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik rəsmi müqavilə imzalanıb.

O, son mövsümü ölkədə “Səbail”in heyətində keçirib.

Futbolçu yeni komandasına keçidi ilə bağlı açıqlama verib.

“Varazdin”ə qoşulduğum üçün şadam. Bu, karyeramda mühüm addımdır və kollektivə öz töhfəmi vermək üçün motivasiyam yüksəkdir. Xorvatiya barəsində təəssüratlarım yüksəkdir. İnanıram ki, “Varazdin” sayəsində futbolçu kimi daha da irəli gedəcəm. Mənə etimad göstərən hər kəsə öz təşəkkürümü bildirirəm”, – deyə R.Abdullazadə bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir