
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası “Chevron”
şirkətinə Venesuelada neft hasilatını yenidən bərpa etməyə icazə
verib.
Trend xəbər verir
ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Məqalədə qeyd olunur: “Chevron Tramp administrasiyasından
Venesuelada yeni neft qazma icazəsi alıb.” Müqavilənin
təfərrüatları hazırda tam açıqlanmasa da, bu qərarın Donald Tramp
və dövlət katibi Marko Rubionun son müzakirələrinin nəticəsi olduğu
bildirilir. Eyni zamanda bu razılaşma ABŞ ilə Venesuela arasında 10
amerikalının azad olunmasına dair əldə olunan razılıqdan sonra baş
verib.
Nəşrə danışan iki mənbənin sözlərinə görə, razılaşmanın
şərtlərinə əsasən, Venesuela hökuməti hasilatdan heç bir vergi və
ya qonorar almayacaq.