
Bakı. Trend:
Azərbaycan İdman Akademiyasının futzal komandası Xorvatiyanın
Zaqreb şəhərində universitetlər arasında keçirilən Avropa
çempionatının qalibi olub.
Trend xəbər verir ki,
komandamız finalda İspaniya təmsilçisi “Valensiya” ilə qarşılaşıb.
Rəqibini 7:2 hesabı ilə məğlub edən Azərbaycan komandası qitə
çempionu adına layiq görülüb.
Komandanın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə
Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, AFFA, Elm və
Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar
İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman
Akademiyasının dəstəyilə baş tutub.