Azərbaycan telekanallarında daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Gündəm

Bakı. Trend:

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların
janr bölgüsü açıqlanıb.

Audioviziual Şuradan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, cari
ilin ilk 6 ayı ərzində ümumölkə yerüstü televiziya yayımçılarının
efirində yayımlanmış proqramların məzmununa görə (janr) bölgüsü
(səhər 07:00-dan gecə 01:00 aralığında yayımlanan proqramlar üzrə,
faizlə) aşağıdakı kimi olub:




İnformasiya və analitik proqramlar 23,80%
Musiqi və əyləncə janrında proqramlar 16,00%
İdman proqramları 15,80%
Kommersiya materialları (reklamlar, sponsor
təqdimatları, teleticarət formatlı materiallar)
11,60%
Mədəni-maarif janrında proqramlar 8,40%
Seriallar (xarici istehsal) 4,40%
Bədii filmlər (xarici istehsal) 3,80%
Anonslar və yayımçının elanları 3,60%
Sosial yönümlü proqramlar 3,10%
Seriallar (yerli istehsal) 2,90%
Sənədli filmlər 2,60%
Bədii filmlər (yerli istehsal) 1,90%
Sosial çarxlar 1,10%
Cizgi filmləri və uşaq proqramları 1,00%

Qeyd edək ki, Audiovizual Şurası aparatının Audiovizual
proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin
ikinci rübü (aprel, may və iyun ayları) ərzində ümumölkə yerüstü
televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr
statistikası hazırlanıb. Statistikaya əsasən açıq ümumölkə yerüstü
televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların
janr bölgüsü belə olub:

24,5% – informasiya və analitik proqramlar
16,4% – musiqi və əyləncəli proqramlar
15,8% – idman proqramları
12,0% – bədii filmlər və seriallar
11,8% – reklam məzmunlu materiallar
8,3% – mədəni-maarif janrında proqramlar
3,6% – anonslar, elanlar
3,3% – sosial proqramlar
2,3% – sənədli film və materiallar
1,1% – sosial çarxlar
0,9% – uşaq proqramları və cizgi filmləri

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir