
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycana məhsul idxalın həcmi
11,5 milyard ABŞ dolları təşkil edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, dövlət sektorunun idxalda payı 4,1 milyard ABŞ
dolları olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1
milyard ABŞ dolları, yaxud da 2 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin birinci yarısında Azərbaycana 8,9 milyard
ABŞ dolları dəyərində məhsul idxal edilmişdi ki, bunun da dövlət
sektoruna düşən payı 2 milyard ABŞ dolları olmuşdu.
Hesabat dövründə dövlət sektoru tərəfindən idxal əməliyyatları
ümumi idxalın 35,88-ini təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan
xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən
2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,
11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo
yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3
dəfə azdır.