Meksika parlamentində Zəfər Gününə həsr edilmiş sərgi açılıb – FOTO

Siyasət

Zəfər və Müstəqilliyin Bərpası günləri münasibətilə Meksika Konqresində “Azərbaycan: uğura doğru gedən uzun cığır” adlı fotosərgi təşkil olunub.

Vətən müharibəsindəki tarixi qələbə, azad edilmiş ərazilərdə görülən quruculuq işləri, habelə ölkəmizin mədəniyyəti, turizm imkanlarını təsvir edən fotoşəkillər yerli auditoriyanın böyük marağına səbəb olub.

Çıxış edən meksikalı millət vəkilləri Meksika xalqı adından müstəqilliyin bərpasının 30 illiyi və öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı Azərbaycan xalqına təbriklər çatdırıb.

Meksika Deputatlar Palatasının üzvləri və yerli KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə bu ölkədəki səfirimiz Məmməd Talıbov qonaqlara ölkəmizin müstəqillik tarixi, erməni təcavüzü və Qarabağ münaqişəsi haqqında məlumat verib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir