
Bakı. Trend:
Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və
Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq
ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə
Hallar Nazirliyi yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı
və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, hazırda Ağdərə rayonunun
Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla
mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam
etdirilir.
Əlavə məlumat veriləcək.