Oskar Piastri Belçika Qran-prisinin qalibi olub

İdman

Bakı. Trend:

Avstraliyalı “McLaren” pilotu Oskar Piastri “Formula-1” üzrə
2025-ci il dünya çempionatının 13-cü mərhələsi olan Belçika
Qran-prisində qələbə qazanıb.

Trend xəbər verir
ki, yarış Spa-Frankorşam trasında keçirilib.




Piastrinin komanda yoldaşı, britaniyalı Lando Norris ikinci yeri
tutub. “Ferrari” komandasından Şarl Lekler isə üçüncü yeri əldə
edib.

Qeyd edək ki, dünya çempionatının növbəti – 14-cü mərhələsi
avqustun 1-dən 3-dək Macarıstanda keçiriləcək.

Spread the love