“Telegram”da üz tanıma texnologiyası ilə yaş təsdiqi funksiyası istifadəyə verildi

Baş səhifə

Bakı. Trend:

“Telegram” mesencerində üz tanıma texnologiyasından istifadə
edərək istifadəçilərin yaşını təsdiqləyən rəsmi bot fəaliyyətə
başlayıb.

Trend xəbər verir
ki, bu barədə “Durova Code” portalı məlumat yayıb.




Yeni funksiya hələlik yalnız Böyük Britaniya ərazisində aktivdir
və yerli qanunvericiliyin tələblərinə uyğun şəkildə tətbiq olunur.
Botun təsvirində qeyd edilir ki, istifadəçi şəkilləri və digər
şəxsi məlumatlar yalnız istifadəçinin cihazında emal olunur və heç
bir halda xarici serverlərə ötürülmür.

Qeyd edək ki, iyulun 25-dən etibarən Böyük Britaniyada onlayn
platformalara yetkinlik yaşına çatmayan istifadəçiləri zərərli
məzmundan qorumağı məcburi edən yeni qanuni tənzimləmələr qüvvəyə
minib. Yeni yaş təsdiqi funksiyası da bu tələblərin icrası
məqsədilə təqdim edilib.

Spread the love