
Bakı. Trend:
“Google” korporasiyası zəlzələ bildiriş sisteminin 2023-cü ildə
Türkiyədə baş vermiş ölümcül zəlzələ zamanı insanları düzgün
məlumatlandıra bilmədiyini etiraf edib.
Trend xəbər verir
ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, episentrin təxminən 150 km çevrəsində yaşayan
insanlar “Google”-ın yüksək səviyyəli bildirişini alaraq,
təhlükəsiz yerə sığınmaq üçün qiymətli 35 saniyə qazana
bilərdi.
7,8 bal gücündə həmin zəlzələ vaxtı belə bir həyəcan bildiriş
yüz minlərlə insana göndərilməli olsa da, yalnız 469 nəfər “Bir
tədbir görün!” (Take Action) xəbərdarlığı alıb.
Bundan başqa, yarım milyon insana sistemdəki pozuntuyla əlaqədar
“yüngül yeraltı təkan” tipli aşağı-həyəcan səviyyəli bildiriş
göndərilib.
2023‑cü il 6 fevral tarixində Türkiyədə baş vermiş zəlzələdə 50
mindən çox insan həlak olub. Türkiyədə birbaşa fiziki zərərlər
təxminən 34,2 milyard ABŞ dolları olaraq qiymətləndirilmişdir və
bu, ölkə ÜDM‑inin təxminən 4 %-ni təşkil edir.