Oxu.Az-ın əməkdaşının həmmüəllifi olduğu məqalə ərəb mətbuatında yayılıb

Siyasət

Azərbaycanlı siyasi şərhçi Aqşin Kərimovun və şərqşünas Həşim Məmmədovun həmmüəllifi olduğu məqalə bir neçə ərəb ölkəsinin mətbuatında dərc olunub.

Oxu.Az-ın məlumatına əsasən, həmin analitik yazı İraqın “Əfkarhür”, Suriyanın “Suriyatürkmənləri” nəşrlərində çap olunub.

Misirin “Nile1”, “Əl Diplomasi”, “Yeni dünya xəbərləri”, “Əl Xəbər Əl Hədəf” portalları da həmin məqaləyə yer verib.

Məqalədə Azərbaycanın Ermənistan üzərində qələbəsindən, postmüharibə dövründə Azərbaycanın atdığı addımlardan bəhs edilir.

Yazıda Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar fonunda Azərbaycanın Ermənistanı sülhə məcbur etmək üçün yürütdüyü siyasət barədə məqamlara yer verilib.

Qeyd edək ki, Aqşin Kərimov həm də Oxu.Az-ın əməkdaşıdır.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir