İlham Əliyev Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul etdi

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkməni qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkəmizin müstəqillik qazandığı ilk günlərdən Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin çox yaxşı tarixə malik olduğu və hazırda əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Enerji sahəsində səmərəli əlaqələrə toxunularaq BP şirkətinin Azərbaycanda uzun müddətdir uğurla fəaliyyət göstərdiyi vurğulanıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın önəmi qeyd edilib. Görüşdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir