
Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsinə
verilmiş biznes kredit portfeli 1,588 milyard manat təşkil
edib.
Trend bu
barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 92,6 milyon
manat (6,2%) azalıb, ötən ilin eyni dövrü ilə nisbətdə isə 224,1
milyon manat (16,4%) artıb.
Belə ki, nəqliyyat sahəsi üzrə banklar tərəfindən verilmiş
biznes kreditlərin məbləği 2025-ci ilin iyunun 1-nə 1,496 miyard
manat, ötən ilin iyulun 1-nə isə 1,364 milyard manat təşkil
etmişdi.
Qeyd edək ki, cari ilin iyul ayının 1-nə Azərbaycanda bankların
kredit portfelinin həcmi 28,472 milyard manata bərabər olub. Kredit
portfelinin 15,144 milyard manatı biznes kreditləri, 8,898 milyard
manatı istehlak kreditləri, 4,430 milyard manatı isə ipoteka
kreditləri təşkil edib.