Azərbaycandakı Türkiyə hərbçilərinin mandatı uzadıldı

Siyasət

Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkə hərbçilərinin Azərbaycandakı mandatının uzadılması ilə bağlı müzakirələr aparılıb.

Müvafiq qanun layihəsinə parlamentin Baş Məclisi tərəfindən baxılıb. Müzakirələrdən sonra layihə qəbul edilib.

Beləliklə, Azərbaycandakı Türkiyə hərbçilərinin xidmət müddəti daha bir il uzadılıb.

Qeyd edək ki, sözügedən qanun layihəsi prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən TBMM-ə təqdim olunub.

Mənbə: TRT

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir