Banklar sənaye və istehsal sektoruna kredit qoyuluşlarını 10%-dən çox artırıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş
kreditlərin həcmi 1,6 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə
edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 24,6 milyon manat
və ya 1,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 154,9 milyon
manat və ya 10,3% çoxdur.




Qeyd edək ki, hesabat dövründə Azərbaycanda real sektora kredit
qoyuluşu üzrə kredit portfeli 30,2 milyard manat, o cümlədən, vaxtı
keçmiş kreditlərin həcmi isə 527,4 milyon manat təşkil edib.

Bu da ümumi kredit portfeli üzrə aylıq müqayisədə 43 milyon
manat və ya 0,1%, 2024-cü ilin eyni dövründəki göstərici ilə
müqayisədə isə 3,2 milyard manat və ya 12% artım deməkdir.

Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi isə aylıq ifadədə
19,1 milyon manat və ya 3,8%, ötən ilin eyni dövrü ilə müqayisədə
isə 75,7 milyon manat, yaxud 16,8% artıb.

Spread the love