
Bakı. Trend:
Azərbaycanla “Abu Dhabi Ports Group” şirkəti arasında gəmi
nəqliyyatı, gəmiqayırma və logistika sahələrində əməkdaşlıq
müzakirə edilib.
Trend xəbər
verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Dünyanın aparıcı ticarət, logistika və dənizçilik
şirkətlərindən olan “Abu Dhabi Ports Group”un nümayəndələri ilə
görüş keçirdik. Görüş zamanı şirkətlə gəmi nəqliyyatı, gəmiqayırma
və logistika sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik”, –
deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, “Abu Dhabi Ports Group” Birləşmiş Ərəb
Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən dövlətə məxsus bir
logistika, liman və ticarət şirkətidir. Bu qrup “Abu Dhabi
Developmental Holding Company” (ADQ) tərəfindən idarə olunur və
BƏƏ-də və daha geniş bölgədə ticarət və logistikanın inkişafında
mühüm rol oynayır.