
Bakı. Trend:
Yunanıstanın paytaxtı Afinada 17 yaşadək güləşçilər arasında
dünya çempionatı davam edir.
Trend xəbər verir
ki, yunan-Roma güləşi üzrə yarışlar başa çatıb. Bu gün 3 güləşçimiz
medal uğrunda mübarizə aparıb.
45 kq çəki dərəcəsində Abdurrahman Hüseynli bürünc medal uğrunda
qarşılaşmada Ukrayna təmsilçisi Timur Məhərrəmova 9:0 hesabı ilə
qalib gələrək fəxri kürsüyə yüksəlib.
51 kq-da Hikmət Haqverdiyev finalda özbəkistanlı Otabek
Tursunova 1:4 hesabı ilə məğlub olub və gümüş medalla
kifayətlənib.
60 kq çəki dərəcəsində isə Əli Nəzərov dünya çempionu olub. O,
finalda Qırğızıstan idmançısı Amangəldi Ysankbayevi 6:1 hesabı ilə
məğlub edib.
Qeyd edək ki, yunan-Roma güləşçilərimiz dünya çempionatını bir
qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar.