Azərbaycanın qeyri-neft ixracı 10%-ə yaxın artıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru
üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq
1,8 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları
üzrə ixrac 19,1% artaraq 564.7 milyon ABŞ dollarına bərabər
olub.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayına istinadən xəbər
verir.

İcmala əsasən, 2025-ci ilin yanvar-iyun aylarında ixrac olunan
şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon ABŞ dolları və
ya 54,4%, kimya sənayesi məhsulları 48,7 milyon ABŞ dolları və ya
38,7%, meyvə-tərəvəz 81,2 milyon ABŞ dolları və ya 24,3%, pambıq
iplik 1,8 milyon ABŞ dolları və ya 16,6%, qara metallar və onlardan
hazırlanan məmulatlar 5,1 milyon ABŞ dolları və ya 12,5%, çay 62,5
min ABŞ dolları və ya 2%, alüminium və ondan hazırlanan məmulatlar
666,8 min ABŞ dolları və ya 0,7% artıb.

Cari ilin ilk altı ayı ərzində aqrar məhsulların ixracı 21.9%
artaraq 455,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı
isə 7,7% artaraq 145 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə,
aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18.2% artaraq
600,3 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid
malların siyahısında pomidor (tomat) (149 milyon ABŞ dolları)
birinci olub. Bu siyahıda qızıl (144 milyon ABŞ dolları) ikinci,
pambıq (98,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin iyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna
aid malların siyahısında pomidor (tomat) (35.2 milyon ABŞ dolları)
birinci olub. Bu siyahıda qızıl (22.7 milyon ABŞ dolları) ikinci,
təzə albalı və gilas (18,8 milyon ABŞ dolları) isə üçüncü yerdə
qərarlaşıb.




Cari ilin ilk altı ayında Rusiya Federasiyasına 586 milyon ABŞ
dolları, Türkiyəyə 287,2 milyon ABŞ dolları, Gürcüstana 154,8
milyon ABŞ dolları, İsveçrəyə 151,5 milyon ABŞ dolları, Ukraynaya
isə 95.8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal
ixrac olunub.

2025-ci ilin iyun ayında Rusiya Federasiyasına 143,1 milyon ABŞ
dolları, Türkiyəyə 35.9 milyon ABŞ dolları, Gürcüstana 29,3 milyon
ABŞ dolları, İsveçrəyə 23.6 milyon ABŞ dolları, Ukraynaya isə 19,3
milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac
edilib.

2025-ci ilin yanvar-iyun ayları üzrə hazırlanmış qeyri-dövlət
ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər
təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan
İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan
Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “Export
Stream” Məhdud Məsuliyyətli Cəmiyyəti, “P-AQRO” MMC,”Azərbaycan
Şəkər İstehsalat Birliyi” MMC, “Avrora” Məhdud Məsuliyyətli
Cəmiyyəti,”Sahdag SY” Məhdud Məsuliyyətli Cəmiyyəti,”UYTROP” Məhdud
Məsuliyyətli Cəmiyyəti, “Green Tech” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən
dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və
İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda
aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC,
“AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye
Kompleksi” MMC, “SOCAR-DALĞIC” MMC, “AZƏRBAYCAN DƏMİR YOLLARI” QSC, “İstisu” mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan
MR Dövlət Energetika Xidməti.

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının
Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 8,5
milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri
ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir
onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 2025-ci ilin iyun
ayında isə “Azərkosmos” dünyanın 34 ölkəsinə 1,5 milyon ABŞ dolları
dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının
ilk beşliyində 2,3 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,8
milyon ABŞ dolları ilə Lüksemburq, 436 min ABŞ dolları ilə
Nigeriya, 385,1 min ABŞ dolları ilə Türkiyə, 357,9 min ABŞ dolları
ilə Misir qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir