Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Müdafiə Nazirliyinin və İtaliya Baş Qərargahının nümayəndə heyətləri arasında ikitərəfli əməkdaşlıq planı üzrə qərargah görüşü keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan Ordusu ilə İtaliya Silahlı Qüvvələri arasında cari əməkdaşlığın vəziyyəti, perspektivlər, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
Sonda növbəti illər üzrə ikitərəfli əməkdaşlığın sahələri və fəaliyyətlər müəyyən edilib.