“Neftçi”nin Polşadakı sonuncu oyununun vaxtı müəyyənləşib

İdman

Bakı. Trend:

“Neftçi” avqustun 1-də Polşa təlim-məşq toplanışı çərçivəsində
sonuncu yoxlama oyununu keçirəcək.

Klubdan Trend
verilən məlumata görə, “ağ-qaralar” Kiprin AEL komandası ilə
qarşılaşacaq.




Bakı vaxtı ilə saat 18:00-da start götürəcək matç Byalobjeqdə
yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və
“Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras
Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir