Şəkidə ötən gün dağlıq ərazidə başlayan yanğın söndürülüb – VİDEO – YENİLƏNİB

Hadisə

Şəkidə ötən gün dağlıq ərazidə başlayan yanğın söndürülüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, iyulun 30-u günorta saatlarından başlayaraq rayonun Cumakənd kəndinin inzibati ərazisinin dağlıq hissəsində kol-kos, quru ot və biçilmiş taxıl sahələrindəki yanğın bu gün günorta saatlarında tam söndürülüb.

Yanğın nəticəsində 800 hektar sahədə kol-kos, quru ot və xırda ağaclar, 60 hektar sahədə isə biçilmiş taxıl sahəsi yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

***
23:03

Şəkidə bir sıra çöllük ərazilərdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarından rayonun Cumakənd kəndinin inzibati ərazisindəki dağlıq ərazidə, kol-kos, quru ot və biçilmiş taxıl sahələrində yanğın başlayıb.

Artıq 8 saatdır ki, ərazidə yanğın davam edir. Yanğının 100 hektardan çox ərazini əhatə etdiyi bildirilir.

Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 50-dən çox şəxsi heyəti cəlb edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir