
“Zirə” Xorvatiyada “Hayduk”a qarşı keçirdiyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda fasiləyə geridə yollanıb.
“Report”un məlumatına görə, hazırda meydan sahibləri 1:0 hesabı ilə öndədir.
Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçirilən “Hayduk” (Xorvatiya) – “Zirə” görüşündə hesab açılıb.
“Report”un məlumatına görə, qarşılaşmada ilk qolu meydan sahibləri vurub.
Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Hayduk” (Xorvatiya) – “Zirə” görüşü start götürüb.
“Report” xəbər verir ki, qarşılaşma Split şəhərindəki “Polyud” stadionunda keçirilir.
Görüşü italiyalı referi Luka Payretto idarə edir. Tərəflər arasında Bakıda baş tutan ilk matçda heç-heçə qeydə alınıb – 1:1.