Bakıda bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş səhifə

Sabah saat 08:00-dan 3 avqust saat 22:00-dək Bakının Nərimanov rayonu, Məmməd Araz küçəsinin Azadlıq prospektindən Atatürk prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

APA-Economics” xəbər verir ki, buna səbəb həmin ərazidə təmir işlərinin aparılmasıdır.

Bununla əlaqədar, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir