Aİ-də pasportlara vurulan ştamplar biometrika ilə əvəz olunacaq

Baş səhifə

Bakı.Trend:

Oktyabrın 12-dən etibarən Avropa İttifaqının hüdudlarına daxil
olan və onları tərk edən insanların pasportlarına ştamp
vurulmayacaq. Bu prosedur biometrik yoxlanışla əvəzlənəcək.

Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.

Yeni EES (Entry-Exit Sistem/ Giriş-çıxış sistemi) sistemi
ənənəvi sənəd yoxlanışını əvəzləyəcək, belə ki, artıq Aİ
sərhədlərində insanların barmaq izləri və üzləri skan olunacaq.




Bu sistem üzv dövlətlərdə altı ay ərzində mərhələli şəkildə
tətbiq ediləcək, buna görə də tam şəkildə yalnız 10 aprel 2026-cı
ildə istifadəyə veriləcək.

Yeni qaydalara görə, Aİ-yə üzv olmayan vətəndaşlar, o cümlədən,
Böyük Britaniya vətəndaşları, Aİ ölkəsinə daxil olmaq üçün pasport
məlumatları ilə birlikdə biometrik məlumatlarını da qeydiyyatdan
keçirməlidirlər. Biometrik məlumat təqdim etməkdən imtina edənlərə
Aİ-yə giriş qadağan ediləcək.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir