London klubu məşhur futbolçusu ilə yollarını ayırıb

Baş səhifə

İngiltərənin “Tottenhem” klubu futbolçusu Son Hın Minlə vidalaşıb.

“Report” xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Cənubi Koreyadan olan hücumçunun öz istəyi ilə komandadan ayrıldığı bildirilib.

33 yaşlı forvard bunun karyerasının ən çətin qərarı olduğunu söyləyib.

Qeyd edək ki, Son Hın Min 2015-ci ildən “Tottenhem”in formasını geyinib. O, ötən mövsüm paytaxt klubu ilə UEFA Avropa Liqasının qalibi olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir