
Bakı. Trend:
“Şamaxı” klubu 2024/2025 mövsümü üçün növbəti transferini
gerçəkləşdirib.
Trend-in
məlumatına görə, bölgə təmsilçisi heyətini Bilal İsmayılovla
gücləndirib. 21 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə
imzalanıb.
Qeyd edək ki, Bilal İsmayılov ötən mövsümü Birinci Liqa
təmsilçisi “Cəbrayıl” klubunda keçirib.

