Messi “İnter Mayami” matçında zədələnib

İdman

Bakı. Trend:

ABŞ-nin “İnter Mayami” futbol klubunun argentinalı hücumçusu
Lionel Messi Liqa Kubokunda Meksikanın “Nekaksa” komandası ilə ev
oyununda zədələnib.

Trend-in
məlumatına görə, Argentinalı futbolçu ayağından zədə alıb və matçın
11-ci dəqiqəsində əvəzlənib. Matçdan sonra “İnter Mayami”nin baş
məşqçisi Xavyer Maskerano Messinin dizaltı vətərdə narahatlıq hiss
etdiyini söylədi.




Bildirilib ki, zədə ilə bağlı dəqiq diaqnoz daha sonra məlum
olacaq.