Rusiya Donetski vurdu – 5 ölü, 11 yaralı

Dünya

Avqustun 2-də Rusiyanın Ukraynanın Donetsk vilayətində zərbələri nəticəsində beş mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.

“Avqustun 2-də Rusiya hərbçiləri Donetsk vilayətinin 5 sakinini öldürdülər: 2 nəfər Konstantinovkada, 1 nəfər Severskdə, Pokrovsk və Rayskda. Bir gündə daha 11 nəfər yaralanıb”, – Filaşkin bazar günü səhər deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir