Ərdoğan: “Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdirə layiqdir” – VİDEO

Siyasət

“Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülh və sabitliyin qapılarını açıb”.

Bunu Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdirə layiqdir. Bu addımlar bölgədə normallaşdırma səylərini dəstəkləyəcək. Türkiyə olaraq qardaşlarımızın yanında olmağa davam edəcəyik. Təşkilat olaraq da Azərbaycanla tam həmrəylik içərisində olmağımız böyük önəm kəsb edir”, – deyə Türkiyənin dövlət başçısı bəyan edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir