Türkiyədə fabrikdə partlayış olub, iki nəfər ölüb

Asiya

Türkiyədə narkoz qazı istehsalı fabrikində partlayış olub, iki nəfər ölüb.

APA-nın “Hurriyet”-ə istinadən verdiyi xəbərə görə, hadisə Tekirdağın Ergene rayonunda sənaye bölgəsində baş verib.

Partlayış nəticəsində iki işçi həyatını itirib.

Araşdırma aparılır.