İran Prezidenti: “Bizim mövqeyimiz bundan ibarət idi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır”

Siyasət

Qarabağ məsələsinə münasibətdə İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə bildirib.

“Biz əminik ki, Azərbaycan Respublikasının Baş nazirinin müavininin və Azərbaycan Respublikasının xarici işlər nazirinin iranlı həmkarları ilə apardıqları danışıqlar, müzakirələr ölkələrimizin münasibətlərini daha da dərinləşdirəcək, irəliyə aparacaq və əlaqələrimiz möhkəmlənəcək”, – deyə Seyid İbrahim Rəisi vurğulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir