Prezidentin fərmanı hansı sahibkarlara şamil edilməyəcək?

Siyasət

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nda yer alan dəstək tədbirlərinin kimlərə şamil olunmayacağı müəyyənləşib. 

Oxu.Az xəbər verir ki, bu cür dəstək tədbirləri aşağıdakı sahibkarlara şamil edilmir:

1. müflis elan olunmuşlara, yaxud barələrində iflas proseduru başlanılmış, ləğv və ya dayandırılma mərhələsində olan sahibkarlara;

2. dövlət büdcəsinə vergilər, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və tibbi sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olanlara, dövlət dəstəyi göstərilməsi şərtlərini pozmaqla dövlət dəstəyi alanlara, yaxud büdcə vəsaitinin məqsədli təyinatını pozmaqla dövlət dəstəyindən istifadə edənlərə;

3. nizamnamə kapitalında dövlətin, qeyri-kommersiya təşkilatlarının, xeyriyyə fondlarının (əlillər təşkilatları istisna olmaqla) və digər fondların payı 25 faiz və ondan çox olan hüquqi şəxslərə, habelə Agentliyin işçilərinə və onların yaxın qohumlarına (ərinə (arvadına), valideynlərinə, o cümlədən ərinin, arvadının valideynlərinə, babalarına və nənələrinə, övladlarına, övladlığa götürənlərinə (götürülənlərinə), qardaşlarına və bacılarına);

4. sənaye məhəllələrinin, sərbəst zonaların, xüsusi iqtisadi zonaların, sənaye və ya texnologiyalar parklarının rezidentlərinə;

5. hasilatın pay bölgüsü haqqında sazişlərin iştirakçılarına, silah satışı və faydalı qazıntıların hasilatı ilə məşğul olanlara;

6. əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir