
Bu ilin yanvar-iyul aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 40 milyard 254,687 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 68,9 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2 dəfə artaraq 17 760 olub.
BFB-nin dövriyyəsinin 85,2 %-i, yaxud 34 milyard 278,943 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 87,9 % çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 5,2 % artaraq 4 milyard 553,868 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 13,3 % artaraq 1 milyard 421,876 milyon manat olub.

