Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin Liviya, Suriya, Ukrayna, Cənubi Qafqaz kimi regionlarda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin, qarşılıqlı əlaqələrin inkişafına yönəlmiş addımlar dəyərləndirilib.
Mənbə: “RİA Novosti”