Ötən ay 48 aptekdə yoxlama keçirilib, 19-unda nöqsanlar aşkarlanıb

Baş səhifə

Bu ilin iyul ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 48 aptekdə yoxlama həyata keçirilib.

“Report” xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Bildirilib ki, bu yoxlamalardan 21-i Bakı şəhərində, 27-si isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 10-u planlı, 37-si plandankənar, biri isə yoxlamadan kənar təftiş xarakterli olub.

Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir