
Bakı. Trend:
Bir müddət əvvəl Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın
sədrliyi ilə keçirilən Ali Hərbi Şura iclası başa çatıb. İclasın
yekunlarına əsasən, Baş Qərargah rəisi Metin Gürak təqaüdə
göndərilib. Onun yerinə həmin posta ordu generalı Selçuk
Bayraktaroğlu təyin edilib.
Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir
Məlumata görə, Prezident Administrasiyası Kompleksində (Külliyə)
mətbuata qapalı keçirilən Ali Hərbi Şura iclası 2,5 saat davam
edib.
Bundan başqa, Quru Qoşunları Komandanlığına 1-ci Ordu Komandanı,
ordu generalı Metin Tokel təyin olunub.
Dəniz Qüvvələri Komandanı admiral Ercüment Tatlıoğlu və Hava
Qüvvələri Komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun xidmət
müddətləri bir il uzadılıb.
32 general və admiral bir pillə yüksəldilib, 61 polkovnik isə
general və admiral rütbəsinə layiq görülüb. 45 general isə təqaüdə
göndərilib.