Əziz Sancar: “Azərbaycanlı tələbələr laboratoriyama gəlib, öyrənə bilərlər”

Siyasət

“Mən Nobel laureatı aldıqdan sonra Türkiyəyə səfər etdim. Mənə orada işləmək təklif edilsə də, qəbul etmədim”. 

Oxu.Az-ın məlumatına görə, bunu türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Nobel mükafatı alanda 70 yaşı olub: 

“Bir laboratoriya açmaq azı 10 il vaxt alır. Əgər iş təklifini qəbul etsəydim, bu zaman mənim 80 yaşım olacaqdı. Mən yeni laboratoriya idarə edəcək gücdə olmayacaqdım. Bu baxımdan Türkiyədə və Azərbaycanda iş təklifini qəbul etməyim mümkün deyil”. 

O qeyd edib ki, azərbaycanlı elm adamları ilə işləmək kimi planı yoxdur:

“10 nəfərlik laboratoriyam var və orada çalışıram. Bir işi görmək istəyirsənsə, oraya bütün diqqətini verməlisən. Amma azərbaycanlı tələbələr laboratoriyama gəlib, öyrənə bilərlər. Böyük məmnuniyyətlə təcrübələrimi bölüşərəm”.

İlhamə Əbülfət

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir