“Şkendiya” – “Qarabağ” oyununda hesab açılıb – UEFA Çempionlar Liqası

İdman

Bakı. Trend:

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali
Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında keçirilən
ilk oyun başlayıb.

Trend-in
məlumatına görə, komandalar arasında keçirilən oyunda artıq hesab
açılıb.

Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən
görüşün 18-ci dəqiqəsində Toral Bayramov penaltidən fərqlənib.




Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edir.

Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov
adına Respublika Stadionunda keçiriləcək.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir