
Bakı. Trend:
2025-ci ilin ilk altı ayında “WhatsApp” messajlaşma tətbiqində
dələduzluqla əlaqəli 6,8 milyondan çox hesab bloklanıb.
Trend xəbər verir
ki, bu “Meta” korporasiyasının mətbuat xidməti məlumat yayıb.
“Biz “WhatsApp”da insanlara dələduzluğu aşkar etməyə və
ünsiyyətdə təhlükəsizliyi təmin etməyə kömək edəcək yeni alətlər
tətbiq edirik.
Həmçinin, dələduzluq mərkəzləri ilə bağlı 6,8 milyondan çox “WhatsApp” hesabını bloklamışıq”, – deyə məlumatda bildirilir.