
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX)
tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi
istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində
107.755 ədəd belə NKA quraşdırılıb.
Bu barədə Trend DVX-yə istinadən xəbər verir.
Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların
daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin
qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə
imkan yaradıb.
“2025-ci ilin yanvar – iyul aylarında yeni nəsil NKA-lar
vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 190 milyon 580,2 manat
olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3
milyard manatdan, yaxud 11,5 faizdən çoxdur”, – deyə məlumatda qeyd
edilib.