
“Omoniya” kollektivi “Araz-Naxçıvan”la oyuna ciddi hazırlaşıb.
“Report” xəbər verir ki, bunu “Omoniya”nın (Kipr) baş məşqçisi Harninq Berq UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.
Norveçli mütəxəssis sabah çətin oyuna çıxacaqlarını bildirib:
“Araz-Naxçıvan” çox yaxşı komandadır. “Aris”lə oyunlarını izləmişik. Rəqibimizə qarşı ciddi hazırlaşmışıq. Rəqibin heyətində keyfiyyətli futbolçular var. Həmin oyunçular meydanda bir-birilərini çox yaxşı anlayırlar”.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Omoniya” matçı avqustun 7-də “Dalğa Arena”da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.