Hikmət Hacıyev: “Ermənistanın ciddi şəkildə düşünməli və müsbət addımlar atmalıdır” – VİDEO

Siyasət

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib ki, Azərbaycan Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlamağa hazırdır.

Hikmət Hacıyev bu barədə İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya – “Stratcom 21” Sammitindən sonra “Haber Global”a açıqlama verərkən söyləyib.

Prezidentin köməkçisi qeyd edib ki, Rusiya bu prosesdə məşvərətçi qismində çıxış etmək istəyir, amma prosesin baş tutması və uğurlu alınması üçün Ermənistanın ciddi şəkildə düşünməsi və müsbət addımlar atmasına ehtiyac var.

H.Hacıyev vurğulayıb ki, insanların böyük sevinclə, güvənli şəkildə doğma torpaqlarına qayıtması və orada yaşaması Qarabağda müharibə səhifəsinin qapanması üçün vacibdir:

“Təəssüf ki, bu gün də minalardan nə qədər insan ölür. Bu da Ermənistanın Azərbaycana qarşı vandalizminin, savaş siyasətinin davamı kimi qiymətləndirilə bilər. Minalar qəsdən basdırılıb və məqsəd günahsız insanların ölümünə səbəb olmaq, eləcə də öz evlərinə geri dönməsinə mane olmaqdır. Nə zaman ki müsbət dinamika baş verir, onlar hərbi və ya siyasi təxribat törədərək bunun qarşısını almağa çalışırlar. Azərbaycan Ermənistanın bütün bu təxribatlarının qarşısını alacaq və cavabını verəcək”, –  deyə H.Hacıyev fikrini tamamlayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir