Ceyhun Bayramovdan Ermənistanın təqdim etdiyi mina xəritələri ilə bağlı AÇIQLAMA

Siyasət

“İndiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır”.

Oxu. Az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu xəritələrin dəqiqlik faizi təxminə 25 faizdir:

“Ermənistan tərəfindən təqdim olunmuş yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Bunun üçün zaman lazımdır. Bununla da çox artan acı faciələrin qarşısını ala bilərik”.