
Rusiya Xarici İşlər Nazirliyinin 4-cü MDB Departamentinə yeni rəhbər təyin edilib.
APA xəbər verir ki, bu barədə sözügedən qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu vəzifəyə Mixail Kaluqin gətirilib.
O, 2002-ci ildən diplomatik sistemdə müxtəlif vəzifələr tutub. 2020–2025-ci illərdə 4-cü Departamentin direktor müavini olub.
Qeyd edək ki, M. Kaluqin iyulun 29-dan bu vəzifəni icra etsə də, rəsmi əmr avqustun 1-də imzalanıb və bu gün ictimaiyyətə elan edilib.

