
Bakı. Trend:
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi
“Araz-Naxçıvan” III təsnifat mərhələsi çərçivəsində ilk oyununu
keçirib.
Trend xəbər verir
ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv “Liv Bona Dea
Arena”da Kiprin “Omoniya” komandasını qəbul edib. Görüş qonaqların
4:0 hesablı qələbəsi ilə başa çatıb.
Kipr təmsilçisinin heyətində Loizos Loizu (2 qol), Evandro və
Stefan Yovetiç fərqləniblər.
Oyunu Çexiyalı hakimlər briqadası idarə edib.
Komandalar arasında cavab görüşü avqustun 14-də Kiprdə baş
tutacaq.

